
“1Kuryer” hansı xidmətlər göstərir?
1Kuryer.az paytaxt Bakının istənilən nöqtəsinə kiçik və orta həcmli bağlamaları ən qısa zamanda çatdırır. Saytda qeydiyyatdan keçən müştərilər asanlıqla kuryer sifariş edə bilərlər. “1Kuryer.az” fiziki və hüquqi şəxslərə onlayn kuryer sifarişi və çatdırılma xidməti təklif edir. 10 kq-a qədər bağlamaların daşınması ən sərfəli qiymətlərlə həyata keçirilir.
- Ünvana çatdırılma
“1Kuryer” doğru ünvanda! Kiçik və orta həcmli bağlamalar paytaxt Bakının müxtəlif istiqamətinə və istənilən nöqtəsinə sürətli və güvənli şəkildə çatdırılır.
- Onlayn sifariş
“1Kuryer” onlayndır. 1kuryer.az saytından onlayn şəkildə kuryer sifariş edilməsi və müxtəlif növ paketlərin ünvana vaxtında çatdırılma prosesi təşkil olunur.
- 24/7 müştəri xidməti
“1Kuryer” operativdir. Müştəri xidməti kuryer sifarişi və bağlamaların çatdırılması ilə bağlı suallarınızı cavablayır və müştərilərə dəstək göstərir.
- Təcili çatdırılma xidməti
“1Kuryer” vaxt itirmir. Kiçik və orta həcmli bağlamalar şəhərdaxili gün ərzində və təcili sifarişlə çatdırılır. Gün ərzində çatdırılma 24 saat ərzində təmin olunur. Təcili sifariş isə 1-3 saat müddətində həyata keçirilir və ən qısa zamanda ünvana təhvil verilir.
- Mağazalardan çatdırılma
“1Kuryer” mağazadan birbaşa qapına! Mağazalardan ünvana çatdırılmada “1Kuryer” sifariş edərək vaxta və enerjiyə qənaət etmək olar.
- Gül buketlərinin çatdırılması
“1Kuryer” sevgi çatdırır. Təravətli və gözəl ətirli çiçəklərdən yığılan gül buketlərini vaxtında istənilən ünvana təhvil verir.
- Zərf (məktub) çatdırılma
“1Kuryer” xəbər gətirir. Korporativ müştərilər üçün zərf və məktubların çatdırılması xidməti təklif edirik.
- Hədiyyələrin çatdırılması
“1Kuryer” kiçik sürprizlər gətirir. Sevdiklərinizə ən qısa zamanda hədiyyə paketlərinin (maksimum 40x40) çatdırılmasını həyata keçirir.
- Zinət əşyalarının çatdırılması
“1Kuryer” dəyər gətirir. Bəzək və zinət əşyalarını Bakının istənilən nöqtəsinə çatdırır.